6 Nisan 2019 Cumartesi

Uşaqlarda Aqressiv Davranış Pozuntusu


Hər uşaq müyyən yaş dövründə özünəməxsus şəkildə hərəkətli olur. Evdəki əşyaları dağıdır, onlara zərər verir, qaçır, atılıb-düşür, bəzən yalan danışır, valideynlərinə tabe olmaq istəmir və s bu kimi davranışlar nümayiş etdirir. Bu bütün sağlam psixologiyalı uşaqlara xas xüsusiyyət olsa da müəyyən həddi aşdıqda “aqressiv davranış pozuntusu” ola biləcəyi siqnalını verir.
                                                                      
                                                                 

 Aqressiv davranış pozuntusu olan uşaqlarda səbəbsiz yerə ətrafdakı əşyalara zərər vermək, aqressivlik olur, hisslərini idarə edə bilmir, tez əsəbləşir,diqqətini toplaya bilmir və ya çətinliklə toplayır. Qayda – qanunlara qarşı aqressiv reaksiyalar verir, tabe olmaq istəmir, davamlı olaraq etiraz edir. Başqalarını təhdid etmək, oğurluq etmək, özünə və ya hansısa insana, heyvanlara zərər verir, davamlı olaraq müəllimləriylə, valideynləriylə konfliktlər yaşayır. Xülasə, aqressiv davranış pozuntusu olan uşaqlar ətrafdaki insanların duyğularına hörmət etmir, onların haqq və hüquqlarına zərər verir.
 Səbəblərinə gəldikdə isə burada əsas rol sosial amilləridir. Yəni, valideynlərin qatı qaydalar qoyması və ya heç qayda qoymaması, dayənin tez-tez dəyişdirilməsi, ağır cəzaların verilməsi, fiziki və ya cinsi zorakılıq, ailə içi şiddətin olması, ailə qayğısı olmadan böyümək aqressiv davranış pozuntusuna aid səbəblərdən hesab olunur. Adətən ailə daxili münaqişələrin yaşanan ailələr, alkoqolizmdən əziyyət çəkən valideynlər, hansısa cinayət törətmiş valideynlər, qayğı və sevgi göstərilməyən ailələrin uşaqlarında bu pozuntunun müşahidə olunma faizi olduqca yüksəkdir.
         Yuxarıda göstərilmiş səbəblərin hamısının olması şərt deyildir. Sadəcə bir səbəbin daimiliyi belə bu problemin yaşanmasına səbəb ola bilər.
 Fiziki səbəblərə isə əsasən inkişaf dönəmində olan uşaqların kəllə-beyin travması alması, yüksək temperaturlu xəstəlik keçirməsi, qeyri-ritmik beyin siqnallarının olması aid ola bilər.
   

 Bəzən valideynlər uşağın tez əsəbiləşməsi və aqressiv olması əlamətlərinə əsasən problemin yalnızca nevroloji olduğunu düşünsə də bu psixoloji problemdir və korreksiyası yalnız psixoloqlar tərəfindən mümkündür.
 Müalicə prosesi zamanı terapiyanın etaplarında bütün ailə üzvlərinin iştirakı vacibdir. Psixoloq mütləq ailə üzvləri ilə əməkdaşlıq edərək işləməlidir. Uşaqda duyğularını ifadə edə bilməmək problemi olduğundan, ona davranış terapiyası tətbiq olunur. Hisslərini necə ifadə edəcəyini bilmədiyindən dağıdıcı davranışlar nümayiş etdirir. Bunu nəzərə alaraq psixoloq uşağın öz duyğularını dərk etməsi və onların düzgün ifadə edilməsi üzərində müəyyən məşğələlər və oyun terapiyalarıyla işləməlidir. Paralel olaraq, ehtiyyac yaranarsa nevroloq tərəfindən medikal müdaxilələr də ola bilər. Aqressiv davranış pozuntusuna diqqət əksikliyi, uşaq depressiyası, hiperaktivlik və təşviş pozuntusu komorbidlik edə bilər.
 Kiçik yaşlarda üzə çıxan problemlər vaxtında müdaxilə edilərək həll olunmadıqda, uşağın yaşı artdıqca daha böyük və qalıcı problemlərə çevrilə bilir.
 Aqressiv davranış pozuntusunun ilk əlamətləri 4-6 yaş aralığında başlayır və 10 yaşına çatdıqda tamamlanır. 18 yaşına qədər profissional və dəqiq müdaxilə olunmadıqda, anti-sosial şəxsiyyət pozuntusuna çevrilir. Özünə və ətrafındaki insanlara zərər vermə faktoru olduğundan, diaqnozun vaxtında təyin olunması, düzgün müalicənin tətbiq olunması vacibdir.
·        Mövzu ilə bağlı suallarınız yaranarsa, şərh bölməsinə yaza və ya instagram hesabımdan ünvanlaya bilərsiniz (ps_gqrubanova)

Psixoloq Günel Qurbanova

3 yorum:

  1. Salam Gunel xanım menim oğlumun 7 yasl var evveler etmediyi hereketleri edir. atasına nese olar qorxusu var evveller sudurqall uşaq olup 3 yaslnan sonra kecip gedip birden bir etdiyi hereketi birde tekirar edir

    YanıtlaSil
    Yanıtlar
    1. Salam, öncəliklə oxuduğunuz və rəy yazdığınız üçün təşəkkür edirəm. Ola bilər ki, oğlunuz son zamanlarda televizordaki xəbərləri çox izləyib. Yaxud telefon vasitəsi ilə yeni hadisələrdən xəbər tutub. Valideyni şəhid olmuş, yaxud korona virusuna yoluxmuş insanlar barədə oxuyub.
      Yaxşı olardı ki, bu mövzunu araşdırasınız və bu qorxusu sizin də özünün də həyatına mane olacaq səviyyəyə gəlmədən psixoloji seanslara yönləndirəsiniz.

      Sil
  2. Salam Günel xanım mənim qızımın 9 yaşı olacaq o yaşa uyğun hereketler elemir deyir mən oglanam özünü oğlan kimi aparır bacısını sevmir öz özüne dansir bunun səbəbi nə ola bilər?

    YanıtlaSil